Naxçıvanda ümummilli lider Heydər Əliyevin möhtəşəm yubiley tədbirinə hazırlıq işləri yekunlaşır - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi, mayın 10-da Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə möhtəşəm konsert proqramı olacaq. Naxçıvan televiziyasının əməkdaşları konsert proqramına hazırlıq işləri ilə maraqlanıblar. 

Muxtar respublika stadionunda təşkil olunan konsertin hazırlıq işləri Türkiyənin bir neçə qabaqcıl şirkətinin texniki heyəti tərəfindən həyata keçirilir.

İlkin Həsəni, Nurəddin Mehdixanlı, müğənnilər - Teymur Əmrah, Zamiq Hüseynov, Elton, Fidan Hacıyeva, Sevda Ələkbərzadə, Çingiz Mustafayev, Şeron qrupu və Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrinin iştirakı ilə isti və rəngarəng bir axşam olacaq.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə unudulmaz şəxsiyyətin səmada portretinin yaradılması - möhtəşəm dron və lazer şou, gözqamaşdıran yubiley atəşfəşanlığına bütün Naxçıvan sakinlərini və qonaqları dəvət edirik.

Yubiley konserti üçün başlayan hazırlıq işləri bu gün yekunlaşır.

Qeyd edək ki, konsert proqramı 10 may, saat 21:00-da Naxçıvan televiziyasının efirində canlı yayımlanacaq.

Şəfa Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: