Babək rayonunun sakinləri keyfiyyətli içməli su ilə təmin olunub

A- A A+

Dövlət Meliorasiya və Su TəsərrüfatıKomitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Babək rayonunda əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün 3,6 kilometr yeni içməli su xətti çəkilib, 3,9 kilometr içməli su xətti, 0,1 kilometr kapitaj təmir-bərpa olunub. Əlavə olaraq, “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində  ötən dövrdə Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 16,92 kilometr içməli su xətti, 15,57 kilometr kanalizasiya xətti çəkilib, 576 ev birləşməsi aparılıb. Bununla da 5000 nəfər sakin 24 saat fasiləsiz olaraq ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunub, kanalizasiya suları Babək qəsəbəsinin mövcud kanalizasiya şəbəkəsinə qoşulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: