“Arqumentı i faktı Arxangelsk” qəzetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan məqalə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımovun müəllifi olduğu “Öndər” (Идущий впереди) sərlövhəli məqalədə Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə rəhbərlik etdiyi sahələrin inkişafına verdiyi töhfələrdən ətraflı söhbət açılır.
Qəzetin oxucularına Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Rusiya strateji əlaqələrinin inkişafında xidmətləri barədə də məlumat verilib.