İşğaldan azad edilmiş ərazilərdə məscid tikintiləri və abidələrin bərpası işi aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O, bu məsələnin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti mərkəzində olduğunu deyib. “Bununla bağlı xüsusi proqram tərtib olunub. İşlər plana uyğun həyata keçirilir. Əsas fikir məscidlərin əvvəlki tarixi görkəminə uyğun bərpa edilməsinə veriilir. Bütün bu məscidlərin tikintisi və bərpası başa çatdırıldıqdan, qayıdış prosesi yekunlaşdıqdan sonra o yerlərə də din xadimlərinin təyinatı həyata keçiriləcək”, - deyə M.Qurbanlı qeyd edib.