“Ümummilli Lider Heydər Əliyev – uşaqları sonsuz məhəbbətlə sevən Lider” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ümummilli Lider Heydər Əliyev – uşaqları sonsuz məhəbbətlə sevən Lider” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə İcra Hakimiyyətində muzeydə ulu öndərin müxtəlif vaxtlarda Naxçıvana səfərləri, 1990-1993-cü illərdə muxtar respublikadakı siyasi və dövlətçilik fəaliyyətini əks etdirən fotolardan ibarət sərgiyə və digər eksponatlara baxıblar. 

Naxçıvan şəhər məktəblilərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə öz xilaskarını, müasir və müstəqil dövlətimizin memarını sonsuz sevgi ilə anır, onun Vətən və dövlət qarşısındakı misilsiz xidmətlərini minnətdarlıqla xatırlayır. 

Qeyd olunub ki, “Heydər Əliyev İli” respublikamızın hər yerində olduğu kimi, Naxçıvan şəhərində də böyük qürur və fərəh hissləri ilə qeyd olunur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bugünkü tədbir də Ulu Öndərin xalqımız qarşısındakı müstəsna xidmətlərinin, onun bizə bəxş etdiyi müstəqil Azərbaycanın inkişaf yolunun öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Tədbirin bədii hissəsində Naxçıvan şəhərində fəaliyyət göstərən 3 və 5 nömrəli Uşaq Musiqi məktəblərinin, eləcə də Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin yetirmələri konsert proqramı ilə çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: