Naxçıvanda xarıbülbül əkilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində, Bioresurslar İnstitutunda, Culfa rayonunun uyğun bölgələrində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Batabat yaylağında xarıbülbül bitkisinin elmi-tədqiqat işlərinin aparılmasına başlanılıb. Belə ki, sözügedən bitki laboratoriya və sahə təcrübələrinə cəlb olunub.

Muxtar respublikanın florasını zənginləşdirmək məqsədilə gətirilən bitki elmi işçilər tərəfindən mütəmadi olaraq müşahidə altında saxlanılacaq, qeydlər aparılacaq və digər tədbirlər görüləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: