“ArazNet”dən Naxçıvanda yeni kampaniya: bir ay müddətində qoşulma pulsuzdur - VİDEO
Bir neçə ay əvvəl Naxçıvanda fəaliyyətə başlayan “ArazNet” yeni TV və internet provayderinə istifadəçilərin böyük marağı var. İllərdir Naxçıvanda başağrısına çevrilən sürətsiz və keyfiyyətsiz internet sıxıntısı aradan qaldırılır.
Naxçıvan şəhəri Heydər Əliyev prospektində fəaliyyətə başlayan “ArazNet” TV və internet provayderi muxtar respublika sakinlərinə fiber-optik GPON texnologiyası üzərindən yüksəksürətli internet xidmətləri göstərir.
Sərfəli təklifləri ilə istifadəçi sayını hər gün daha da artıran “ArazNet” ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yeni kampaniyaya start verib. Belə ki, iyunun 10-dək müraciət edən abunəçilər üçün quraşdırma və qoşulma pulsuzdur.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının bununla bağlı hazırladıqları videomaterialı təqdim edir:
Mahmud Hüseynov