Şahbuz Rayon İcra Hakimiyyətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib.

Kollektiv ümummilli liderin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Kollektivə ümummilli liderin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, muzey ümummilli liderin həyat və fəaliyyətinin, ictimai-siyasi, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elmi cəhətdən araşdırılıb təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli bir vəzifəni həyata keçirir.

Tanışlıq zamanı Azərbaycan tarixi üçün əhəmiyyətli sənədlər, ulu öndərə həsr olunmuş kitablar, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillər, böyük dövlət xadiminə məxsus şəxsi əşyalar xüsusi maraq doğurub.

Məmməd Qurbanlı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: