Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib - FOTOLAR

A- A A+

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayev dəfn olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o, doğulduğu Qəbələ şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və Qəbələ rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: