Birinci Naxçıvan Kitab Sərgisi təşkil edilib - VİDEO
Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi,”Naxçıvan” Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin adını daşıyan muzeylə tanış olublar.
“Naxçıvan” Universitetində baş tutan sərgidə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tanınmış ədiblərin iştirak etdiyi 2 günlük kitab sərgisində minlərlə kitab endirimli qiymətlərlə oxucuların ixtiyarında olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının I Naxçıvan Kitab Sərgisindən hazırladıqları videomaterialı təqdim edir:
Adilə Səfərova