Zaman-zaman Stiv Cobs, Mürk Zukerberq kimi insanların daim eyni paltarlar geyindiyinin şahidi olmuşuq və oluruq.
Niyə? Onların dünya modasını evlərinə alıb yığacaq qədər maddi imkanları olmasına rəğmən nə üçün eyni paltarlar geyindiyini araşdırmağa dəyər.
Yaşadığımız moda əsrində hələ də dəbin əsirinə çevrilməmiş insanlar var. Bu dünya terminologiyası ilə ifadə etsək əgər "Kapsul qarderob" adlanan bu hərəkat azı çox görmək anlayışıdır. Yəni, bu hərəkata qoşulanlar özləri üçün yalnız əsas lazım olanları əldə edirlər. Bu hərəkatı yaradanların məqsədi nədir və nəyə nail ola biliblər?
Əsas ilkin səbəblər aşağıdıkalardır.
NUHÇIXAN xəbər verir ki, insanlar uzun-uzadı düşüncələrdən sonra "yaxşı" qərarlar verməyə bilərlər. Xüsusilə gün ərzində əhəmiyyətli qərarlar verməli olan bir insanın "Bu gün nə geyinəcəyəm?" sualını həyatından çıxarması o insana inqilabi şəkildə təsir edə bilir. Mark Zukerberq bu barədə belə bir açıqlama verib: "Səhər tezdən verilən ən mənasız qərarlar gün ərzində verəcəyimiz əhəmiyyətli qərarlara ciddi təsir edir."
Barak Obama: "Görürsünüz ki, geyindiyim kostyumlar sadəcə olaraq boz və mavi rənglərdədi. Seçim etməyə çalışdığım işlərin sayını sıfıra endirməyə çalışıram. Mən ümumiyyətlə nə geyinəcəyim və yeyəcəyim barəsində qərarlar verməyi sevmirəm. Çünki onlardan da vacib qərarlar var."
2. Boşa xərclənən zamana qənaət etmək
Biz qənaət edənə qədər belə məsələlərin bizim üçün nə qədər əhəmiyyətli olduğunu anlaya bilmərik. Tətbiq etməyə başlayanda isə sanki yeni bir həyata başlayırıq və həddindən artıq azadlıq əldə etdiyimizin fərqinə varırıq. Necə deyərlər qarderobumuzu "dietaya" otuzdura bilsək, səhər tezdən nə qədər asan hazırlaşa biləcəyimizi kəşf edə bilərik.
3. Gündəlik stressi azaltmaq
Nyu Yorkda sənət direktoru işləyən Matilda Kahl eyni paltarlar geyinməyin ona vaxt qazandırdığını söyləyib. "Hər sabah nə geyinim sualına cavab axtarmaq problemim olmadığından günüm daha az stressli olur. Mən paltar əynimdə necə durur? - həyəcanını yaşamıram. "
4. Boş yerə xərclənmiş enerji
XXI əsrin ən uğurlu rejissorlarından biri olan Kristofor Nolan da bu hərəkata qoşulub. O bu hərəkata qoşulandan sonra özünə bir formada paltar seçib. Onun fkrincə az paltar həm də az enerji deməkdir. Az paltar az kirli paltar mənasına gəlir və şkafı tez-tez yığışdırmaq problemindən onun canının qurtarması deməkdir.
5. Acgözlülüyün qarşısını alır
Nyu-Yorkda yaşayan yazar Alisa Greqori də bu hərəkata yeni qoşulanlardandı. O bunu özünəməxsus şəkildə səciyyələndirib: "Kapsul qarderob bizi acgöz olmaqdan qoruyur. Uniforma kimi seçəcəyimiz paltarlar bizi daha dolğun insan kimi göstərir. Bu bizim acgöz olmağımıza mane olur."
6. Artıq xərclərdən qurtulmaq
Ümumi şəkildə müqayisə etsək 1930-cu ildə bir amerikalı qadının şkafında 9 dənə paltar olardısa, indi 30 paltar var. Kapsul qarderob isə insanı hansısa paltara artıqdan pul ödəmək məcburiyyətindən xilas edir.
Artıq Türkiyədədə Cem Yılmaz və bir sıra insanlar bu hərəkata qoşulublar. Tarixə nəzər salsaq əgər Albert Eynişteynin də daim eyni paltarlar geyinməsinin şahidi olarıq.
İsraf və artıqdan ödənilən hər bir pul və ya mal insanın ziyanınadır. Həm enerjimizi, həm vaxtımızı və pulumuzu qəsb edən moda canavarına qarşı apara biləcəyimiz mübarizə üsullarından da bir bu ola bilər.