Naxçıvan və Babək şəhərlərinin məhəllədaxili yolları yenidən qurulur - FOTOLAR
Naxçıvan və Babək şəhərlərinin bir sıra küçələrində avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda Naxçıvan şəhərinin Həsən Əliyev küçəsinə və Xətai məhəlləsindəki bir sıra ərazilərə yeni asfalt örtüyü verilir.
Quruculuq işləri Babək şəhərinin Hüseyn Cavid küçəsini də əhatə edir. Hazırda ərazidə yol quruculuğu sürətlə davam etdirilir.
Qeyd edək ki, Babək şəhərindəki təmir edilən yolun ümumi uzunluğu 1 km, eni isə 8 metrdir. Asfaltlama işi ilə yanaşı yolun kənarlarında yeni səkilər salınıb, beton su kanalı çəkilib.
Mahmud Hüseynov