İlin ilk üç ayı ərzində Azərbaycanda 28 minə yaxın körpə doğulub

A- A A+

İlin ilk üç ayı ərzində Azərbaycanda 27 min 753 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7-dən 11,1-ə enib.

NUHÇIXAN İnformasiya Agentliyi Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

Körpələrin 902-si əkiz, 54-ü isə üçəm doğulanlardır.

Yanvar-mart ayları ərzində ölkədə 16 min 672 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5-dən 6,7-yə qədər azalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: