İlin birinci rübündə Azərbaycanda 12 minə yaxın cütlük nikaha daxil olub

A- A A+

Bu ilin birinci rübündə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 min 870 nikaha daxilolma və 5 min 118 boşanma halları qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9-dan 4,7-yə enib, boşanmaların sayı isə 1,5-dən 2-yə qədər artıb.

2023-cü ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 886 nəfər gələn, ölkədən isə 527 nəfər gedən qeydə alınıb. Miqrasiya saldosu ölkə üzrə müsbət 359 nəfər təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: