"ASAN Xidmət" Naxçıvanda sakinlərə 360 sayda xidmət göstərəcək - Ülvi Mehdiyev - VİDEO

A- A A+

"Naxçıvandakı “ASAN xidmət” mərkəzi digər mərkəzlərimiz kimi, 360 xidmətlə Naxçıvan sakinlərinə şəffaf, operativ, nəzakətli qaydada xidmətlər göstərəcək".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Naxçıvan televiziyasına müsahibəsi zamanı deyib.

"Cənab Prezidentin tapşırığına əsasən bu gün Naxçıvanda “ASAN xidmət” mərkəzinin açılışını etdik. Naxçıvanda yaşayan sakinlərə, Azərbaycan vətəndaşlarına xeyirli-uğurlu olsun. Bu artıq ölkəmizdə açılan 26-cı “ASAN xidmət” mərkəzidir. Burada nazirlik, dövlət komitəsi, eyni zamanda bank, sığorta və digər funksional xidmətlər sakinlərin xidmətində olacaq", - deyə Ülvi Mehdiyev bildirib.

NUHÇIXAN İnformasiya Agentliyi müsahibəni təqdim edir:

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: