Ölkənin bəzi yerlərində leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir

A- A A+

Azərbaycanda mayın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyi verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: