"Naxçıvan" Universitetində “Gələcəyə doğru” fərdi inkişaf forumuna start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Naxtel" MMC Code Academy təhsil müəssisəsinin iştirakı və "Naxçıvan" Universitetinin ev sahibliyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Gələcəyə doğru” fərdi inkişaf forumuna start verib. 

3 gün davam edəcək forumlarda ümumilikdə 600-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Bu gün ilk olaraq Rəqəmsal marketinq forumu keçirilib. Forumlarda mütəxəssislər iştirakçılarla karyera təcrübələrini və müxtəlif sahələr üzrə ümumi bilikləri bölüşüblər.

Qarşıdakı iki  gün ərzində isə Qrafik Dizayn və Proqramlaşdırma Forumları keçiriləcək. Sözügedən forumlarda  iştirak edən şəxslər iştirak sertifikatları, Naxtel və Code Academy adından hədiyyələr əldə edəcəklər.

Qeyd edək ki, Code Academy qlobal standartlara uyğun tədris imkanları sayəsində tələbələrdə gələcək karyera inkişafı üçün lazımi bilik və bacarıqları formalaşdırır. “Gələcəyə doğru” fərdi inkişaf forumunun keçirilməsi ümummilli liderimizin Azərbaycanın parlaq gələcəyi adlandırdığı gənclərin gələcək karyera planlarına yön verəcək və onların cəmiyyətdə uğurlu fərdlər olaraq yetişməsinə töhfədir.

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: