Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün səhər saatlarında Naxçıvan - Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, Şahbuz istiqamətindən Naxçıvan istiqamətinə hərəkət edən avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Zahir Səfərov və 1971- ci il təvəllüdlü Bəxtiyar Şirinov hadisə yerində həlak olub. İlkin versiyaya görə hadisəyə səbəb yağıntılı hava şəraitində sürət həddinin aşılmasıdır.
Zahir Səfərov polis mayoru olub, rayon RPŞ-də xidmət edirdi.
Araşdırma aparılır.