Naxçıvanda törədilən 5 oğurluq hadisəsinin “isti izlərlə” açılması təmin edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş 5 oğurluq hadisəsinin “isti izlərlə” açılması təmin edilib.

Belə ki, əvvəlcədən əlbir olmuş bir qrup şəxs halında ümumilikdə 26 ədəd istilik radiatorlarını oğurlayan Bəndəliyev İsa Sabir oğlu, Abdullayev Arzu Yaşar oğlu, Rzayev Ata Salman oğlu və Nağıyev Möhsün Nurəddin oğlu, su kanallarının üzərinə qoyulmuş ümumilikdə 37 ədəd çuqun dəmir barmaqlıqları oğurlayan İsayev Cabir Nağdəli oğlu, avtomobillərdən və binaların girişlərindən oğurluqlar edən Qəribov Yasin Azər oğlu, “Cahan” Ticarət mərkəzində yerləşən qızıl mağazasından oğurluq, eyni zamanda yandırmağa cəhd edən, Hacıyev Orxan Süleyman oğlu və İbrahimov Vüqar Oruc oğluna məxsus içərisində 6000 manatlıq lotereya, şəxsiyyət vəsiqəsi və "Kapitalbank"a məxsus kart olan çantanı oğurlayan Məhərrəmov Sübhan Bayram oğlu tutularaq istintaq və təhqiqat şöbəsinə təhvil verilib.

Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış, onların ətrafında əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: