Naxçıvanda yarıtmaz işlərin nəticəsi - VİDEO

A- A A+

Naxçıvanın memarlıq və tikinti sektorunda görülən işlərdə kifayət qədər keyfiyyətsizliyə və məsuliyyətsizliyə yol verilib. Onlardan biri də yol kənarlarında suaxıdıcı və suburaxıcıların olmamasıdır. Leysan və dolu vaxtı bütün yağış suları mikrorayonları və Xıncab məhəlləsini basır.

Ntv keyfiyyətsiz işləri, 1 ilə dağılan məktəb və digər sosial obyektlərin “şapalaqla üz qızardılan” tikilişini tənqid edəndə cavab bu idi: “Naxçıvana nə yağış yağır ki guya", ya da "Sizə aid məsələ deyil, öz işinizlə məşğul olun”.

Bugünkü leysan və doludan sonra tək Naxçıvana yox, həm də sizin gördüyünüz işlərə yağış yağdı. Pis çıxmasın, qəşəng islandınız... Göydən 3 alma düşdü...

NUHÇIXAN yarıtmaz işlərin nəticəsi olaraq izləyicilərinin göndərdiyi videoları təqdim edir:

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: