Qobustanda ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb

A- A A+

Qobustanda ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

Bu barədə NUHÇIXAN-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızı orada vəfat edib.

Qeyd edək ki, ötən gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna göndərilmişdi.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: