Uşaqlarda ən çox rast gəlinən qurdlar açıqlanıb

A- A A+

Azərbaycanda uşaqlar arasında ən çox enterobius və askarid qurdlarına rast gəlinir.

NUHÇIXAN xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Erkin Rəhimov deyib. Həkim bildirib ki, uşaqların dişlərini qıcaması və ağızlarından su axması zamanı qurd olmasına dair miflər olsa da, bu hər zaman belə olmur:

“Uşaqların qurda yoluxması müxtəlif simptomlarla özünü göstərə bilər. Qurd xəstəliklərinin müalicəsində bilinən sübutlu dərmanlardan istifadə etməyi tövsiyə edirəm. Əks halda ciddi fəsadlar yarana bilər. Qurd tapıldıqdan sonra bəlli protokollara uyğun müalicə aparılmalıdır”.

Həkim qeyd edib ki, uşaqlar arasında qurd xəstəliyinə ən çox 3-12 yaş aralığında rast gəlinir:

"1 yaşdan aşağı uşaqlarda isə qurd xəstəliyinə nadir hallarda rast gəlinir. 3 yaşdan böyük uşaqlar ətraf mühitlə daha çox təmasda olur, torpaqla oynayır və s. Buna görə də daha çox 3 yaşdan böyük uşaqlarda qurd xəstəliyinə rast gəlinir".

Qurd xəstəliklərinin əlamətləri barədə danışan həkim bildirib ki, bir çox qurd xəstəlikləri simptomsuz olsa da, əsas müşahidə edilən simptomlar qaşınma, qarın ağrısı, halsızlıq, başgicəllənmə, iştahsızlıq, dəridə allergik problemlərdir:

“Qurdların həmişə bağırsaqlarda olduğu bilinsə də, başqa orqanlarda da ola bilər. Hansı yerdə yerləşirsə, simptomlar o yerə xas ola bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: