NUHÇIXAN xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbir keçirilib. Bu kateqoriyadan olan şəxslərə sovqatlar verilib.
Tədbir muxtar respublikanın bütün rayonlarını əhatə edib. Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə ümumilikdə, görmə məhdudiyyəti olan 300 şəxsə sovqat təqdim olunub.
Tədbirlərdə iştirak edə bilməyən görmə məhdudiyyəti olan şəxslərə evlərində baş çəkilib, onlara sovqatlar verilib.
Qeyd edək ki, 13 noyabr dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir.
Əbülfəz Dünyamalıyev