Qəbələdə mikroavtobusla minik avtomobili toqquşub, 16 nəfər xəsarət alıb, 3-nün durumu ağırdır

A- A A+

Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan NUHÇIXAN-a bildirilib ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: