Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili bir sıra müəssisələrdə olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Norveç krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav-Nils Thue Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində istehsal, təhsil, mədəniyyət müəssisələri və tarixi abidələrlə tanış olub.
Duzdağ Fizioterapiya Mərkəzində olan Norveçli diplomata mərkəz barədə məlumat verilib. Qonaq palatalar və burada yaradılan şəraitlə yaxından tanış olub.
Sonra Olav-Nils Thue Naxçıvan Avtomobil Zavodu Məhdud Məsuliyyətli Cəmiyyətində avtomobillərin istehsal prosesi ilə də yaxından tanış olub. Məlumat verilib ki, zavod 2010-cu ildən fəaliyyət göstərir. Burada Almaniyadan, İtaliyadan və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Norveçli diplomat həmçinin “Gəmiqaya” Mineral Sular Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” Mineral Sular Zavodunda, “Gəmiqaya” Mebel Fabriki Məhdud Məsuliyyətli Cəmiyyətində, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində və Naxçıvan Günəş Elektrik Stansiyasında da olub.
Daha sonra Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gələn qonağa ziyarətgah barədə ətraflı məlumat verilib.
Cavid Səfərli