Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olunub

A- A A+

Tərtərdə partlayışda xəsarət alan şəxsin barmaqları amputasiya olunub.

Bu barədə NUHÇIXAN-a  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Belə ki, rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.

Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: