Türkiyədə Naxçıvan və Gəncə şəhərlərinin təqdimatı olub - VİDEO - VİDEO

A- A A+

İstanbulda Türkiyə Səyahət Agentliyinin (TÜRSAB) ev sahibliyi ilə Naxçıvan və Gəncə şəhərlərinin təqdimatı olub.

NUHÇIXAN Report-a istinadən xəbər verir ki,  təqdimatda Türkiyənin qabaqcıl turizm şirkətlərinin nümayəndələri, turizim bələdçiləri, KİV nümayəndələri iştirak edib.

Görüntülər və fotolar vasitəsilə iki bölgənin turizm potensialından danışılıb, iqlimdən infrastruktura qədər yaradılan imkanlar təqdim olunub.

Təqdimatda  Naxçıvan şəhəri haqqında ətraflı məlumatlar verilib. Muxtar respublikanın yerləşdiyi coğrafi bölgə, sərhədlərini əks etdirən xəritə iştirakçılara təqdim olunub. 5 min illik tarixi olan və karvan yolu üzərində yerləşən bölgənin iqlimi barədə məlumat verilib. Daha sonra Naxçıvanın Bayraq Meydanı, Naxçıvanın ən gözəl guşəsində, geniş ərazidə yerləşən Türk əsgərlərinin şərəfinə yaradılan abidə, Heydər Əliyev muzeyi, Naxçıvan Dövlət Musiqili Dram Teatrı haqqında iştirakçılara məlumatlar verilib. Naxçıvanın tarixi abidələrindən Möminə xatun türbəsi, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Əshabi-kəhf ziyarətgahı” Dini -Mədəni Abidə Kompleksi, qədim “Əlincəqala”   haqqında videogörüntülər təqdim olunub. Naxçıvanda fəaliyyət göstərən müalicəvi obyektlər - Ağbulaq, Duzdağ Fizioterapiya Mərkəzi, Batabat gölü haqqında da tədbir iştirakçılarına geniş məlumatlar verilib.

Tədbirdə həmçinin alman fotoqraf Felipe Barancanın bu il Gəncə şəhərindən çəkdiyi fotolar tədbir iştirakçılarına təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: