Şəhidlərimizin əziz xatirəsi növbəti dəfə “Şəhidlər Zirvəsi”ndə anılıb - VİDEO
44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarının əziz xatirəsi növbəti dəfə Əlincə qalasında “Şəhidlər Zirvəsi”ndə anılıb.
Naxçıvan şəhərindəki Şəhidlər xiyabanından başlayan yürüşdə şəhid ailələri, gənclər iştirak ediblər. Sonra iştirakçılar əllərində üçrəngli bayraq, dillərində qələbə şüarı, qəlblərində Vətən sevgisi ilə Əlincə qalasında yerləşən “Şəhidər zirvəsi”nə üz tutublar.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Oruc Mirzəyev