Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunlarının (KQHO) planına əsasən, qarşıya qoyulan vəzifələr birliklərdə mərhələlərlə icra edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, birliklərin qərargahlarında əməliyyatın planlaşdırılması başa çatdırılır və komandirlər ayrı-ayrı istiqamətlərdə qoşunların döyüş fəaliyyətinin aparılmasına bilavasitə rəhbərlik edirlər.