Naxçıvanda könüllü qanvermə aksiyası keçirilib - FOTOLAR

A- A A+

Naxçıvanda könüllü qanvermə aksiyası keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hemofiliyalı, talassemiyalı və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyasında donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb, könüllülər tibbi müayinədən keçirilib, infeksion xəstəliklərə qarşı yoxlamalar aparıldıqdan sonra könüllülərdən 6 litr qan toplanılaraq Naxçıvan Muxtar Respublikası Xəstəxanasının qan bankına təhvil verilib.

Könüllü qanvermə aksiyası Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Səhiyyə Nazirliyinin  birgə təşkilatçılığı ilə keçirilib.

Oruc Mirzəyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: