“Beynəlxalq Tələbə Gənclər Həftəsi”nə həsr olunan simulyasiya keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Beynəlxalq Tələbə Gənclər Həftəsi”nə həsr olunan 6 komandanın iştirakı ilə “Ailə Biznesi” simulyasiyası keçirilib. Simulyasiya ali və orta ixtisas təhsili müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının iştirakı ilə baş tutub.

3 raunddan ibarət olan “Ailə Biznesi” simulyasiyasında istiqamətlər “Ailələr ilə tanışlıq”, “Büdcə planlaşdırıcısının başlanğıc vəziyyəti”, “Nəzarət siyahısı”, “Alış imkanları siyahısı” və “Tətbiq sessiyası”ndan ibarət olub.

6 ailənin yarışdığı oyunda  “İslamlılar” ailəsi qalib olub.

Qalib komanda noyabrın 17-də Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı təşkil ediləcək mükafatlandırma tədbirində təltif olunacaq.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: