Heydər Əliyev Muzeyində konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində “Naxçıvanda ucaldılan Dövlət Bayrağı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Naxçıvan Texniki Kolleci, Tibb Kolleci və Musiqi Kollecinin tələbələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 12-ci çağırış birinci sessiyasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan milli dövlətçiliyinin bərpası istiqamətində üç tarixi qərar qəbul edilib. “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı haqqında” və “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” olan qərarlar sonralar Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi yolunda qəbul edilən ilk rəsmi sənədlər idi.
Qeyd olunub ki, Ali Məclisin Sədri 17 noyabr 2014-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, 17 noyabr Naxçıvanda Dövlət Bayrağı Günü elan olunub.
Sonra “Yüksəlişə üçrəngli yol” filmi təqdim olunub.
Sonda isə Heydər Əliyev Muzeyinin ekspozisiyasına baxış olub.
Kəmalə Əliyeva