Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reyd yoxlamalar zamanı Ordubad rayonunun Azadkəndi yaxınlığından keçən Gilançayda qadağan olunmuş üsulla qanunsuz balıq ovlayan şəxslər aşkarlanaraq, onlar haqqında tədbir görülüb.
Bu barədə nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib.
Qeyd olunur ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Ordubad rayonunun Azad kənd sakinləri Cəlilov Kamran, Kazımov Mahir və Əsgər Şahin olduğu müəyyənləşib.
Faktlarla bağlı protokollar tərtib olunub və bu istiqamətdə işlər davam etdirilir.