Naxçıvanda 620 nəfərə birdəfəlik maddi yardım verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə sosial-məişət problemlərinin həlli və müalicələrinə köməklik göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə 620 nəfər əlilliyi müəyyən olunmuş şəxsə birdəfəlik maddi yardım verilib.

Belə ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən müvafiq kateqoriyadan olan 105 nəfərin hər birinə 200 manat, 514 nəfərin hər birinə 100 manat,1 nəfərə isə 500 manat olmaqla, ümumilikdə 72 min 900 manat məbləğində birdəfəlik maddi yardımın verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: