Bu gündən Naxçıvan şəhərinin ictimai yaşayış binalarına mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə istiliyin verilməsinə başlanılıb.
Bununla əlaqədar Naxçıvan şəhər İcra Hakimiyyətində qərargah yaradılıb. Naxçıvan şəhər İcra Hakimiyyətindən NUHÇIXAN-a verilən məlumata görə 2018-2019-cu ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2018-ci ilin noyabr ayının 15-dən, 2019-cu ilin mart ayının 15-dək, saat 18:00-dan 24:00-dək Naxçıvan şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcək. İcra hakimiyyəti sakinlərdən xahiş edir ki, baş vermiş qəzaların dərhal aradan qaldırılması üçün qərargaha məlumat versinlər.
Qərargahın əlaqə telefonu: 545-01-71