Gəncədə sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb - FOTOLAR

A- A A+

Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb.

NUHÇIXAN-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavrobus "QAZ-31" markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan "Mercedes Vito" yaxınlıqdakı dairənin beton maneəsinə çırpılıb.

Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: