Ötən ay 3,5 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan NUHÇIXAN-a bildirilib ki, mayın 1-dən 31-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı 231 piyada əleyhinə, 359 tank əleyhinə mina və 1520 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 3 551,86 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: