İyunun 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 57 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 15, ikinci doza vaksinlərin sayı 19, üç və daha çox doza vaksinlərin sayı 20, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı - 3.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 758, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 507, ikinci mərhələ üzrə 4 milyon 883 min 896, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 118, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 237-dir.