Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Polşa Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Marek Tsalkan bu ölkənin müstəqillik əldə etməsinin 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edib. Səfirin dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da bu rəsmi qəbulda iştirak edib. Həmçinin rəsmi qəbulda tanınmış polyak pianoçu xanım professor Ewa Poblockan konsert proqramı ilə çıxış edib.