Sosial qayğıya ehtiyacı olan uşaqlar diqqətdə saxlanılır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən davamlı olaraq uşaq hüquqlarının qorunması ilə əlaqədar təhsil müəssisələrində, eləcə də valideyn himayəsindən məhrum uşaqların yaşadıqları ailələrdə monitorinqlər keçirilir. Onların yaşayış şəraiti ilə, təhsil hüquqlarının, sağlamlıqlarının qorunması ilə maraqlanılır və həlli istiqamətində işlər görülür.
Müvafiq komissiyanın ekspert qrupu tərəfindən Sədərək rayonunun Sədərək kəndində yaşayan valideyn himayəsindən məhrum uşaq Aynur Həsənlinin yaşadığı evdə monitorinq keçirilib. Onun yaşayış şəraiti ilə tanışlıq olub. Həmin monitorinqdə qeyd olunanlar nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideyn himayəsindən məhrum uşağın yaşadığı aztəminatlı ailədə tədbir keçirilib.
Tədbirdə aztəminatlı ailənin üzvlərinə səyyari tibbi xidmət göstərilib, ehtiyaclarına uyğun qış ayaqqabısı, məişət əşyası və ərzaq payı verilib.