Naxçıvanda “Şəhidlər zirvəsi” filminin təqdimatı olub - FOTOLAR

A- A A+

Naxçıvanda “Şəhidlər zirvəsi” filminin təqdimatı olub. NUHÇIXAN xəbər verir ki, “Gənclik Mərkəzi”ndə keçirilən tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Filmin müəllifi Vaqif Şahsuvarov “Şəhidlər zirvəsi” sənədli filminin birinci və ikinci Qarabağ müharibələrində iştirak edən şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə çəkildiyini diqqətə çatdırıb. 

Sonra “Şəhidlər zirvəsi” sənədli filminə baxış olub. 

Çıxış edənlər bildiriblər ki, 44 gün davam edən Vətən müharibəsi qəhrəmanlıq salnaməmizdir. 44 gün ərzində dövlət-ordu-xalq birləşərək düşmənə "Dəmir yumruğ"un gücünü, qüdrətini göstərdi. Vətən müharibəsi Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. 

Adilə Səfərova 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: