Şərurda bıçaqlanma hadisəsi baş verib

A- A A+

Naxçıvan MR DİN-in mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyunun 6-da saat 03:20 radələrində Şərur rayon Dizə kənd sakini Mürsəlov Əli Yusif oğlunun Şərur rayon Oğlanqala kənd ərazisində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. 

Aparılan araşdırmalarla Oğlanqala kənd sakinləri Sadiq Mehdiyev, Məhəmmədəli Vəliyev və Qoşunəli Abdullayevin  aralarında olan mübahisə zəminində Əli Mürsəlova bıçaqla xəsarət yetirdikləri əsaslı şübhələrlə müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Sadiq Mehdiyev saxlanılıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: