Baş nazir azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin maaşları ilə bağlı qərar imzalayıb

A- A A+

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

Qeyd olunan məsələlər 2023-cü il yanvarın 1-dən tətbiq ediləcək və 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: