Qanunsuz qum-çınqıl daşıyan Culfa rayon sakini saxlanılıb - FOTOLAR

A- A A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Culfa rayonunun Yaycı kəndi ərazisində reyd-yoxlama aparıblar. Aparılan yoxlamalar zamanı rayonun Yaycı kənd sakini Kərimov Asiman Məhərrəm oğlu özünəməxsus "Belarus" markalı ekskavatorla heç bir icazə sənədi olmadan, qanunsuz olaraq Xoşgəri çay yatağından qum-çınqıl yığarkən saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Yer təkindən qanunsuz istifadə etdiyinə görə barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: