Ölkə birinciliyində qalib olan şagirdlər mükafatlandırılıblar - FOTOLAR

A- A A+

NUHÇIXAN Xaçmaz rayonunda keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatında Naxçıvan şəhəri 9 nömrəli tam orta məktəbin komandasının  qalib adını qazanması haqda xəbər vermişdi.  Bu münasibətlə həmin məktəbdə qalib idmançılarla görüş keçirilib. Görüşdə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Vüsal Məmmədov və məktəbin direktoru Ülkər Məmmədova iştirak ediblər. Bildirilib ki, son illər muxtar respublikamızda təhsilə göstərilən qayğının davamlı xarakter alması şagirdlərimizin qazandığı uğurlarla öz əksini tapmaqdadır. Bu gün əldə olunan bu çempionluq da bunun bariz nümunəsidir.

Sonra qalib şagirdlərimiz mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: