Naxçıvan-Sədərək yolunda nəqliyyat hadisəsi baş verib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan-Sədərək magistral yolunun Kəngərli rayonunun Xok kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Ötən gün axşam saatlarında baş verən qəzaya səbəb yüksək sürət həddi olub. Belə ki, Şərur rayonunun Çəmənli kənd sakini 1985-ci il təvəllüdlü Gülay Abbasova 68-BJ-099 dövlət nömrə nişanlı “Hundai” markalı avtomobili yüksək sürətlə idarə etdiyindən idarəetməni itirib. Nəticədə avtomobil yolda manevr edən Şərur rayonunun Kosacan kənd sakini 1988-ci il təvəllüdlü Ağa Tağıyevə məxsus 68-BE-885 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilə  çırpılıb. 

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Sürücü Gülay Əsədovaya xəstəxanada tibbi yardım göstərilib, xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: