Ət gündəlik qidanın əsas tərkib hissəsidir. Lap qədim zamanlardan da milli süfrələrimizi ətli yeməklər bəzəsə də, vegeterianlar ətdən istifadə edilməsinə qarşı çıxırlar.
NUHÇIXAN xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmlinin dediyinə görə, həmin pəhrizi öz qida rasionuna daxil edənlərin bir sıra xəstəliklərə tutulma riski aşağı olur: “Heyvan ətindən və heyvan mənşəli məhsullardan istifadə etmədikdə adətən orqanizmdə B12 vitamini, dəmir, protein çatışmazlığı yaranır. Veqan və vegeterianlar tətbiq etdiyi belə qidalanma sağlamlıq üçün faydalıdır, çünki şəkərli diabetə tutulmaq və piylənmə, çəkinin artması riski çox aşağı, infarkt riski isə 25 faiz az olur.
Həkim-terapevt ətdən imtina edənlərin daha çox diqqət yetirməli olduğu məsələləri də nəzərə çatdırıb: “Veqan və vegeterianlar arterial təzyiqi, şəkərli diabetin yoxlanılmasını diqqətdə saxlamalı və mütləq gündə üç-dörd dəfə qidalanmalıdırlar ki, həzm sistemi, qan dövranı yaxşı çalışsın və zülallı qidaları əvəz edən başqa qida və vitaminlərdən istifadə etsinlər”.