Hipodinamiyanın olması boyun inkişafına mənfi təsir göstərir

A- A A+

İlkin səhiyyə xidməti müəssisələrində uşaqlarda boy hormonunun çatışmazlığını müəyyən etmək üçün müxtəlif testlər keçirilir. Məhz həmin testlər nəticəsində uşaqlarda fiziki inkişafın ləngiməsinin səbəbləri daha tez öyrənilir.

NUHÇIXAN xəbər verir ki, həkim-endokrinoloq Flora Alcanovanın dediyinə görə, son dövrlərdə poliklinikalarda uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlərin sayı artıb. O, ilkin müayinələr zamanı çatışmazlıqları vaxtında aşkarlamağın mümkün olduğunu deyir. “Fiziki inkişafın ləngiməsində hərəkətsizlik, hipodinamiya, genetik xəstəliklər, qidalanma rejiminin pozulması, qeyri-sağlam qidalanma, mineral, zülal və amin turşularının çatışmazlığı əhəmiyyətli rol oynayır. Yuxu rejiminə daha çox diqqət göstərmək lazımdır. Uşaqlar telefona, planşetə çox baxdıqlarına görə yuxuyagetmə prosesinin pozulması da fiziki inkişafın ləngiməsinə səbəb olur”.

Boy hormonunun ifrazatı axşam saat 10-dan gecə saat 2-dək davam edir. Ona görə də uşağın həmin saatlarda yuxuda olması fiziki inkişaf üçün önəmlidir. Həkim-endokrinoloqun dediyinə görə, boya təsir edən faktorlar çoxdur: “Təəssüf ki, uşaqlar çox vaxt idmanla məşğul olmurlar. Hipodinamiyanın olması boyun inkişafına mənfi təsir göstərir”.

Bundan başqa Kuşinq sindromu, mədə-bağırsaq xəstəlikləri, sümük sınıqları, genetik xəstəliklər, ata-ananın bəstəboy olması da boya təsir edən amillərdəndir. Qanunvericiliyə əsasən uşaqlar boy hormonu ilə pulsuz təmin olunurlar. Bunun üçün onlar TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzə göndərilir və orada müvafiq yoxlanışlardan sonra uşaqlara Norditropin təyin edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: