Türkiyənin Malatya vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Pütürge rayonunda yerləşib. Yeraltı təkanların ocağı 7,06 kilometr dərinlikdə olub.