“ArazNet” güzəştli kampaniyanın müddətini uzadıb - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda yeni fəaliyyətə başlayan “ArazNet” tv və internet provayderi abunəçilər üçün güzəştli kampaniya təklifinin müddətini uzadıb.

Mayın 10-dan etibarən start verilən kampaniyaya əsasən xidmətdən yararlanmaq istəyən istifadəçilər wifi modemlərini pulsuz əldə edirlər. Yalnız qoşulma haqqını ödəməklə və aylıq minimum trafik həcmini seçməklə olduqca sərfəli qiymətə yüksək keyfiyyətli internet  xidmətlərindən  yararlanmaq mümkündür. Sözügedən kampaniya başa çatsa da, çoxsaylı müraciətlər nəzərə alınaraq bu müddət iyulun 10-dək uzadılıb. Bundan başqa “ArazNet” provayderinin xidmətləri şəhid ailələri üçün tam ödənişsizdir. Bu xidmətlərə modem, qoşulma və aylıq abunə haqqı daxildir.

Xidmətdən yararlanmaq istəyənlərə peşəkar operator və avtomatik cavablandırma sistemi vasitəsilə həftənin 7 günü, günün 24 saatı məlumat xidməti göstərilir. Bununla yanaşı 707 nömrəsi ilə də əlaqə saxlamaq mümkündür.

Qeyd edək ki, Naxçıvanda istifadəçilər istər qiymətlər, istərsə də keyfiyyət baxımından daha əvvəlki mövcud internet xidmətlərindən narazı idilər. Bu müraciətlər əsasında Naxçıvan televiziyasında sözügedən məsələ araşdırıldı və problemlər efirə təqdim olundu. Müqayisə üçün bildirək ki, digər provayder üzərindən 20 manatlıq xidmət sadəcə 4 meqabit saniyə olduğu halda, “ArazNet”in GPON xidmətində bu qiymətə 15 meqabit saniyə internet əldə etmək mümkündür.

Məlumat üçün bildirək ki, Naxçıvan şəhər Heydər Əliyev prospektində fəaliyyət göstərən “ArazNet” tv və internet provayderi muxtar respublika sakinlərinə yüksək sürətli fiberoptik internet xidmətləri təklif edir. Artıq Naxçıvan şəhərində GPON texnologiyası üzərindən göstərilən yüksəksürətli internet xidməti şəhərin əksər hissələrində əhalinin istifadəsinə verilib. Belə ki, çoxmənzilli bina evlərinin kabelləşmə prosesi yekunlaşıb, hazırda fərdi yaşayış evlərinə xətlərin çəkilişi davam etdirilir.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: